"Xeyirli nəticələr verəcəyinə inanıram” "Xeyirli nəticələr verəcəyinə inanıram”

Ərdoğan Trampla telefonla danışdı - Səfərlə bağlı qərarını açıqladı

"Xeyirli nəticələr verəcəyinə inanıram”

“ABŞ prezidenti ilə aramızda münasibətlərimizi və regiondakı məsələləri müzakirə etdiyimiz telefon danışığı reallaşdırdıq”.

AzNews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla həyata keçirdiyi telefon danışığı barəsində açıqlamasında deyib.

O bu barədə özünün “Twitter” səhifəsində yazıb:

“Danışıq zamanı terrorla mübarizə və ölkələrimiz arasındakı ticari hədəflər başda olmaqla bir çox məsələdə atacağımız addımları müzakirə etdik.

13 noyabrda baş tutacaq ABŞ səfərimizlə yanaşı bu günkü telefon danışığının da münasibətlərimiz və regional məsələlərlə bağlı xeyirli nəticələr verəcəyinə inanıram”.

Pərvanə

AzNews.az