Görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq Görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq

Ərdoğan 3 ölkənin liderləri ilə görüşəcək

Görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Londonda Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək.

“Anadolu” agentliyinə istinadən verilən məlumata görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Jurnalistlər qarşısında açıqlama verən İbrahim Kalın qeyd edib ki, sözügedən görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq.

O vurğulayıb ki, Ərdoğan sammitdə "NATO-nun missiyası, 21-ci əsrdəki mövqeyi, növbəti fəaliyyətləri” mövzusunda çıxış edəcək. (APA)

AzNews.az