Qəndil də onlar üçün qaranlıq zülmət olacaq Qəndil də onlar üçün qaranlıq zülmət olacaq

“Xain əllər kökündən kəsiləcək” - Ərdoğan

Qəndil də onlar üçün qaranlıq zülmət olacaq

"Qəndili çökürtməyə qərarlıyıq”.

AzNews.az xəbər verir ki, terrorçular tərəfindən övladlarının oğurlanması səbəbindən Diyarbəkirdə etiraz aksiyası keçirən analarla birgə iftar süfrəsi arxasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin terrorla mübarizəsindən danışarkən bunu deyib.

Ərdoğan bildirib ki, Türkiyənin təhlükəsizliyini pozmağa çalışan xain əllər kökündən kəsiləcək:

“Necə Qabarı, Cüdini, Bestler dərəsini terrorçulara dar elədik, Qəndil də onlar üçün qaranlıq zülmət olacaq. Türkiyədə reallaşdıra bilmədikləri xəyalları Suriyada gerçəkləşdirmək istəyirlər, amma biz onları xəyal qırıqlığına uğramaqda davam edirik” (apa).