Türkiyəli Güneş Önyürme 84 yaşında ali təhsil almaq üçün imtahan verib və uğur qazanıb Türkiyəli Güneş Önyürme 84 yaşında ali təhsil almaq üçün imtahan verib və uğur qazanıb

84 yaşlı qadın ali məktəbə daxil oldu - VİDEO

Türkiyəli Güneş Önyürme 84 yaşında ali təhsil almaq üçün imtahan verib və uğur qazanıb

Ordu şəhərinin Mesudie rayonunda yaşayan türkiyəli Güneş Önyürme 84 yaşında ali təhsil almaq üçün imtahan verib və uğur qazanıb.

Aznews.az bu haqda "Anadolu" agentliyinə istinadla xəbər verir.

Güneş natamam təhsilini başa çatdırmaq üçün 2013-cü ildə Mesudiye Dövlət təhsil mərkəzinə müraciət edib. Oxuyub yazmağı öyrənmək üçün Önyürme daha sonra orta məktəbi bitirib və nəhayət, orta məktəb diplomunu alıb. Müsəlman qadın bununla da kifayətlənməyib və yaşına rəğmən təhsilini davam etdirməyə qərar verib.

“Mənim sənətə böyük marağım var. Əvvəldən incəsənət fakültəsində oxumağı xəyal edirdim”, - deyə Günəş Önürme bildirib.

Qadın imtahandan keçərək məqsədinə çatdığını deyib və hər kəsə öz arzusuna doğru getməyin heç vaxt gec olmadığını nümunə göstərmək istəyib. Güneş nənənin imtahan verəndə ona dəstək olan 18 nəvəsi var.

Onürme gənclərə də tövsiyələrini verib: “Bunu hamı bilməlidir. Kitab oxumaq çox xoşdur. Mütaliə edərək biz hər cəhətdən yaxşılaşırıq. Məni Mesudiyədə görən bir çox gənc yenidən oxumağa qərar verdi”.