Ailə üzvü Demokrat Partiyasına qatıldı Ailə üzvü Demokrat Partiyasına qatıldı

Bülent Arınc yeni partiyaya "qarmaq atdı"

Ailə üzvü Demokrat Partiyasına qatıldı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurucularından olan Bülent Arıncın yaxın qohumu Ezgi Akgün Biber Demokrat Partiyasına üzv olub. Biber bu xəbəri sosial mediadan paylaşdığı statusla cəmiyyətə elan edib: "Yetər! Söz millətindir"!

Xatırladaq ki, Bülent Arınc son zamanlar qurucusu olduğu hakim partiyada kəskin tənqidlərə məruz qalır. O, son çıxışlarının birində "Əlahəzrətin jurnalistləri var. Öskürmənin, bağırmağın zamanıdır. "Kral çılpaqdır" deməyin vaxtıdır" demiş və onun bu mesajının Ərdoğana qarşı olduğu zənn edilmişdi.

Ailə üzvünün DP-yə girməsi Bülent Arıncın həmin təşkilatı ələ keçirmək cəhdi kimi yozulur.

Türkay,

AzNews.az