- Türkiyə
- 31 Oktyabr 2022 16:16
- 3 892
Ərdoğan Rusiyanın taxıl müqaviləsindəki iştirakını dayandırması ilə bağlı danışdı

"Bəşəriyyətə xidmətimizi qərarlılıqla davam etdirəcəyik"
"Məlum olduğu kimi, dünyanın buğda ehtiyacının üçdə birini Rusiya və Ukrayna ödəyir. Bu buğdaların aclıq təhlükəsi ilə qarşı-qarşıya olan ölkələrə çatdırılması ilə bağlı çəkdiyimiz əziyyətin ən yaxın şahidi sizsiniz".
AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı 8-ci Türk Tibb Dünyası Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, Ukrayna buğdasının 9.3 milyon tonunu dünya xalqlarının istifadəsinə verərək qida böhranının nisbətən azalmasını təmin etdik: "Eyni imkanlar Rusiyaya təqdim olunmadığı üçün bu mövzuda tərəddüd etsə də, bəşəriyyətə xidmətimizi qərarlılıqla davam etdirəcəyik".
Xatırladaq ki, bu il iyulun 22-də İstanbulda Ukraynadan “taxıl dəhlizi”nin işə salınması ilə bağlı saziş imzalanıb.
Oktyabrın 29-u isə Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.
Pərvanə