- Türkiyə
- 4 İyun 2023 16:57
- 5 494
Ərdoğan NATO-nun baş katibini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.
Aznews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Dolmabaxça sarayında baş tutan görüş saat 14.00-da başlayıb.
Qəbul mətbuata qapalı keçirilib.
Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə edilib.