Kastamonuda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib

Kastamonuda terror təşkilatı İŞİD üzvü olduğu müəyyən edilən 3 nəfər saxlanılıb.

Aznews.az xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi qrupları Tosyada daha əvvəl təsbit edilən bir vasitəni dayandırıb.

Vasitədə terror təşkilatı İŞİD-ə bağlı olduqları müəyyən edilən 3 şübhəli yaxalanıb.

Şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.

Mövsüm