- Türkiyə
- 26 Sentyabr 2023 17:16
- 5 490
Ankarada 4 milyon lirə dəyərində narkotik vasitə ələ keçirilib

Türkiyə Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi qruplarının Ankarada keçirdiyi əməliyyatda 4 milyon lirə dəyərində narkotik vasitə ələ keçirilib.
Aznews.az xəbər verir ki, Mamakda Polisə bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub.
Şübhəlilərin izlənməsi nəticəsində həyata keçirilən əməliyyatda H.S., Y.A., E.A. və Ç.C. adlı 4 nəfər tutularaq saxlanılıb.
Fiziki şəxslərdə, onların nəqliyyat vasitələrində və yaşayış yerlərində aparılan axtarışlar nəticəsində; 410 qram kokain, 42 min 230 sintetik dərman maddəsi, 208 min 700 TL nağd pul və 100 dollar ələ keçirilib.
Əməliyyat nəticəsində ələ keçirilən narkotiklərin ümumi bazar dəyəri 4 milyon TL olaraq qiymətləndirilib.
Mövsüm