- Türkiyə
- 2 İyul 2024 13:35
- 6 922
Suriya və İraqın şimalında 13 terrorçu zərərsizləşdirilib
İraqın şimalında “Pəncə və Pəncə -Kilid” əməliyyatı bölgələrində 10, Suriyanın şimalında və Zeytun budağı bölgələrində isə 3 PKK/YPG terrorçusu aşkar edilib.
Türkiyə Silahlı Qüvvələri (TSK) uğurlu əməliyyatlarla terrorçuların yuvalarını məhv etməyə davam edir.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İraqın şimalında Pəncə və Pəncə -Kilid əməliyyatı bölgələrində aşkar edilən 10 PKK terrorçusu, Suriyanın şimalında və Zeytun budağı bölgələrində isə 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Mövsüm
Aznews.az