Ali Yerlikaya: Kayseri hadisələri ilə bağlı 474 nəfər saxlanılıb

Kayseri hadisələrindən sonra Türkiyə daxili işlər naziri Ali Yerlikaya Türkiyə üzrə 474 nəfərin saxlanıldığını açıqlayıb.

Ali Yerlikaya paylaşımında bunları deyib:

Kayseridə baş verən çirkin hadisədən sonra ötən gecə ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli hərəkətlər həyata keçirilib. Qanunsuz vasitələrlə həyata keçirilən təxribat xarakterli hərəkətlər nəticəsində 474 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 285 nəfərinin müxtəlif cinayətlər (immiqrant qaçaqmalçılığı, xəsarət, narkotik, talama, oğurluq, əmlaka ziyan vurma, cinsi təcavüz, dələduzluq, saxta pul əldə etmə, hədə-qorxu, təhqir, azadlıqdan məhrum etmə və s.) cinayətləri ilə bağlı cinayət qeydinin olduğu müəyyən edilib. Əziz Vətəndaşlarım; Gəlin təxribatlara əl atmayaq. Orta səviyyədə hərəkət edək. Qanunsuz yollarla insanlara, ətraf mühitə, əmlaka zərər vurmaqla cinayət törətməyək. Dövlətimiz güclüdür. Dövlətimizə və Millətimizə qarşı bu sui-qəsdləri quranlar layiq olduqları cəzanı alacaqlar.

Mövsüm

Aznews.az