Ankara uzun illərdir ardıcıl olaraq “dünya beşdən böyükdür” deyir - Ərdoğan

"Qərbdə üçüncü dünya müharibəsini təhrik edən bir sıra ölkələr var".

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Bildiyiniz kimi, silah alverçilərinin bazara ehtiyacı var. Silah alverçilərinin bazarı da Qərbdir”, - Türkiyənin Anadolu xəbər agentliyi onun sözlərindən sitat gətirib .

Eyni zamanda o, Rusiya prezidenti Vladimir Putinin sülh tərəfdarı olduğunu vurğulayıb. Türkiyə lideri onu da xatırladıb ki, Ankara uzun illərdir ardıcıl olaraq “dünya beşdən böyükdür” deyir, bu da Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvü ilə sisteminə yenidən baxılması zərurəti deməkdir.

Mövsüm

Aznews.az