Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 70-dən çox şəxs saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Türkiyənin təhlükəsizlik xidmətləri “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 72 nəfəri saxlayıb.

“İŞİD terror qruplaşmasına qarşı 13 vilayətdə keçirilən əməliyyatlar çərçivəsində 72 nəfər saxlanılıb”, o, X-də yazıb. Şübhəlilər Adana, Ankara, Antalya, İstanbul, Trabzon və digər yerlərdə həbs edilib.

Qeyd edək ki, Türkiyə təhlükəsizlik xidmətləri mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar həyata keçirir. Daxili İşlər Nazirliyinin məlumatına görə, bir il ərzində qruplaşma ilə əlaqədə şübhəli bilinən 3000-dən çox şəxs saxlanılıb.

Mövsüm

AzNews.az