- Türkiyə
- 30 İyul 2024 18:02
- 6 618
Türkiyənin Energetika naziri Türkmənistanda “Türkməngeologiya” şirkətinin prezidenti ilə görüşüb
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkmənistanın paytaxtı Aşqabadda “Türkməngeologiya” şirkətinin prezidenti Qurbangəldi Qarlyev ilə görüşüb.
Bayraktar görüş zamanı təbii qaz və mədənçilik sahəsində əməkdaşlığı qiymətləndirdiklərini və iki ölkəyə fayda verəcək layihələri öhdəsinə götürəcəklərini bildirib.
Nazir Bayraktar görüşlə bağlı verdiyi açıqlamada, "Aşqabad səfərimiz çərçivəsində ilk olaraq Türkməngeologiyanın prezidenti cənab Qurbangəldi Qarlyev ilə görüş keçirdik. Görüş zamanı əlavə olaraq atılacaq addımları qiymətləndirdik. Mədən sahəsinə təbii qaz sahəsində də davam edən əməkdaşlığımız olduğuna inanıram. Hər iki ölkəyə fayda verəcək layihələri həyata keçirmək üçün birlikdə çalışacağıq",-deyə bildirib.
Mövsüm
AzNews.az