Türkiyənin Tel-Əvivdəki səfirliyində Haniyə üçün bayraq yarıya endirilib

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Türkiyənin elan etdiyi milli matəmlə əlaqədar Fələstindəki Tel-Əviv səfirliyi və Qüdsdəki baş konsulluq binalarında bayraqlar yarıya qədər endirilib.

Haniyənin öldürülməsindən sonra Türkiyədə bir günlük milli matəm elan edilib, milli matəmlə əlaqədar Türkiyənin diplomatik nümayəndəliklərindəki bayraqlar yarıya qədər endirilib.

xarici işlər naziri İsreal Katz X sosial media hesabından verdiyi açıqlamada, Türkiyənin İsraildəki səfirinin müavininin hadisə ilə bağlı "sərt bir şəkildə qınanması" üçün çağırılmasına göstəriş verdiyini bildirib.

Türkiyənin Xarici İşlər sözçüsü Öncü Keçeli Katz-a reaksiya göstərərək, “Müzakirəçiləri öldürməklə, diplomatları təhdid etməklə sülhə nail ola bilməzsiniz”,- deyə qeyd edib.

Mövsüm

AzNews.az