- Türkiyə
- 23 Sentyabr 2024 12:01
- 5 675
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Bursa Yenişehir Hava Limanında təlim təyyarəsinin düşməsi nəticəsində 2 pilot həyatını itirib.
Qəzadan sonra hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürmə briqadası və axtarış-xilasetmə qrupları sövq edilib. Qəza nəticəsində iki pilotun həlak olduğu bildirilib.
Bursa valiliyindən verilən açıqlamada deyilir: “Özəl uçuş məktəbinə məxsus 2 nəfərlik təlim təyyarəsi 23.09.2024-cü il tarixində saat 08.10 radələrində Bursa Yenişehir Hava Limanında perronda qəzaya uğrayıb, qəza nəticəsində 2 pilot həyatını itirib. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb”.
Mövsüm
AzNews.az