Uşağı xilas etmək üçün özünü avtomobilin qarşısına atdı – Video

Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatında qadın yol ilə ötən uşağın həyatını xilas etmək özünü avtomobilin qarşısına atıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Bricport şəhərində baş verib.

Avtomobil yoldan çıxaraq piyadaların üzərinə doğru hərəkət etməyə başlayıb. Bunu ilk olaraq Cordan görüb və dərhal qarşıdakı uşağı kənara itələyib.

Qəza nəticəsində hər iki şəxs ağır xəsarət alsa da, onların həyatını xilas etmək mümkün olub. Şəhər polisi bildirib ki, qadın uşağı kənara itələməsə idi, o, avtomobi ilə divarın arasında qalaraq ölə bilərdi.

Bəxtiyar Abbasov

AzNews.az