"İttifaq şərtsiz olmalıdır, yoxsa o, ittifaq olmaz". "İttifaq şərtsiz olmalıdır, yoxsa o, ittifaq olmaz".
  • Qərb
  • 19 Mart 2019 11:32
  •  1 976

Fransadan Türkiyəyə hərbi dəstək

"İttifaq şərtsiz olmalıdır, yoxsa o, ittifaq olmaz".

Fransanın Müdafiə naziri Florans Parli ABŞ-ın Türkiyəyə F-38 qırıcılarını satmaqdan imtina etməsinə münasibət bildirib.

Nazir bunun NATO prinsiplərinə zidd olduğuna işarə vurub:

"NATO-nun həmrəylik gücünün bu və digər texnikanın alınması ilə şərtləndirilməsindən narahatam. İttifaq şərtsiz olmalıdır, yoxsa o, ittifaq olmaz. NATO həmrəyliyi qurumun nizamnaməsinin 5-ci maddəsinə əsaslanır, F-35 maddəsinə yox..."

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alması ABŞ-ı narahat edir. Vaşinqton bu halda Türkiyəyə sanksiya tətbiq edəcəyi, eyni zamanda bu ölkəyə yeni nəsil F-35 qırıcıları satmayacağını bildirib.(teleqraf.com)

AzNews.az