"Çexiya Hərbi Hava Qüvvələri helikopterləri 2023-cü ildə əldə edəcək" "Çexiya Hərbi Hava Qüvvələri helikopterləri 2023-cü ildə əldə edəcək"
  • Qərb
  • 12 Noyabr 2019 23:49
  •  2 823

Çexiya ABŞ-dan 12 helikopter alacaq

"Çexiya Hərbi Hava Qüvvələri helikopterləri 2023-cü ildə əldə edəcək"

Çexiya Hərbi Hava Qüvvələrinə 12 döyüş helikopterinin alınması üçün bu ilin sonuna qədər ABŞ-la müqavilə imzalayacaq.

“TASS” agentliyi xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Lubomir Metnar açıqlama verib.

“12 helikopterin alınması üçün 14,6 milyard kron (təxminən 700 milyon dollar) dəyərində müqavilə 2019-cu ilin sonuna qədər imzalanmalıdır. Çexiya Hərbi Hava Qüvvələri helikopterləri 2023-cü ildə əldə edəcək”, - nazir belə deyib.

Onun sözlərinə görə, söhbət 8 çoxməqsədli “UH-1 Venom” və 4 hücum xarakterli “AH-1 Viper” helikopterindən gedir.

Vaşinqtondan Praqaya edilən təklifə helikopterlərin quraşdırılmış silah sistemləri və tam texniki avadanlıqla təmin edilməsi də daxildir.(apa.az)

AzNews.az