Bunu Ağ Evin sözçüsü Cen Psaki brifinqdə deyib Bunu Ağ Evin sözçüsü Cen Psaki brifinqdə deyib
  • Qərb
  • 6 Dekabr 2021 23:59
  •  5 216

ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot edib

Bunu Ağ Evin sözçüsü Cen Psaki brifinqdə deyib

“ABŞ rəsmiləri Çin Qış Olimpiya Oyunlarında iştirak etməyəcək”

Aznews.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki brifinqdə deyib.

“Çin Xalq Respublikasının Sincanda törətdiyi soyqırım və digər insan haqları pozuntularını nəzərə alaraq, Bayden administrasiyası “Pekin 2022” Qış Olimpiya və Paralimpiya Oyunlarına diplomatik və ya rəsmi nümayəndə heyəti göndərməyəcək”, deyə Ağ Evin sözçüsü bildirib.

O, diplomatik boykotun amerikalı idmançıların Olimpiadada iştirakına təsir etməyəcəyini vurğulayıb: “ABŞ idmançılarını evdən yüz faiz dəstəkləyəcəyik”.

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, ABŞ administrasiyası Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına rəsmi nümayəndə heyəti göndərməməyi planlaşdırır.