- Qərb
- 6 İyun 2022 22:40
- 6 464
Şarl Mişel: “Dünyadakı ərzaq böhranının səbəbi Rusiyadır”
"Kreml ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir"
Aznews.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) prezidenti Şarl Mişel BMT Təhlükəszilik Şurasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir və bütün regionlarda sabitliyi pozur.
“Dünyadakı ərzaq böhranına görə məsuliyyət daşıyan yeganə ölkə Rusiyadır. Kreml həmçinin taxıl anbarlarını hədəfə alır, işğal etdiyi ərazilərdən taxıl oğurlayır və eyni zamanda günahı başqalarının üzərinə atır. Bu qorxaqlıqdır”,- deyə Şarl Mişel bildirib.
Şarl Mişel bildirib ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar kənd təsərrüfatı sahəsinə aid deyil.