• Qərb
  • 25 Sentyabr 2023 17:29
  •  4 554

SİRİZA-nın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Yunanıstanın əsas müxalifət partiyası olan Radikal Sol Alyansın (SYRIZA) yeni lideri Stefanos Kaselakis vəzifəsini Aleksis Çiprasdan alıb.

Kaselakis və Tsipras parlamentdəki şəxsi ofisində görüşüb.

Çipras dünən keçirilən prezident seçkilərinin ikinci turunda birinci gələrək partiya lideri olan Kaselakisi təbrik edib.

Daha əvvəl millət vəkili və ya nazirlik təcrübəsi olmayan Kaselakisə siyasətin çətinlikləri ilə bağlı xəbərdarlıq edən Çipras, "Yunanıstan cəmiyyəti böyük çətinliklər içindədir. Biz birlik və yoldaşlıq ruhunda ümid və perspektiv təmin etməliyik",-deyə qeyd edib.

Yunanıstanlı Baş nazir Kiriakos Mitsotakis də Kaselakisə zəng edərək onu təbrik edib.

Mitsotakis SİRİZA-nın yeni liderini tezliklə görüşə dəvət edib.

Mövsüm

Aznews.az