• Qərb
  • 1 May 10:39
  •  2 349

ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Nyu Meksikoda Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.

Bu barədə “Fox News” rəsmilərə istinadən məlumat yayıb.

Holloman Hərbi Hava Qüvvələri Bazasının rəsmiləri bildiriblər ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 "Fighting Falcon" 49-cu qanadda təqribən saat 11:50-də bazanın qərbində qəzaya uğrayıb”,-nəşr yazır.

Təyyarədə olan yeganə şəxs olan pilot təyyarədən atılmağı bacarıb. Ona tibbi yardım göstərilir.

Rəsmilər "təyyarənin göyərtəsində təhlükəli kimyəvi maddələrə məruz qalmağın qarşısını almaq" üçün qəza zonasından qaçmağa çağırıb.

Qeyd olunur ki, bu, son altı ayda Amerika F-16 qırıcısının üçüncü qəzasıdır.

Mövsüm

Aznews.az