• Fanat
  • 21 May 21:47
  •  9 328

U-23 Avropa çempionatı: Azərbaycan güləşçiləri 2 qızıl, 2 bürünc medal qazanıblar

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Aznews.az xəbər verir ki, idmançımız üçüncü yer uğrunda Patrik Qordanla (Rumıniya) görüşdən qalib ayrılıb.

Qeyd edək ki, digər güləşçimiz Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Məmmədov (55 kq) isə turnirin bürünc mükafata sahib çıxıb.