Bu ilki "Son zəng" təqdir topladı

"Bu il ölkəmizdə məzun günlərinin keçirilməsi təqdirəlayiq oldu" .

Bu barədə AzNews.az-a Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadıqov açıqlama verib. O, deyib:

"Elm və Təhsil Nazirliyinin, icra hakimiyyətlərinin yüksək vəzifəli şəxslərinin müxtəlif rayon və şəhərlərimizdə Məzun günlərinə qatılması, məktəblərin hər birinin öz imkanları daxilində prosesə yradıcı yanaşması kimi işlər məktəbi yaxşı mənada gündəmdə saxladı və şagirdlərə motivasiya oldu. Bu elə bir hadisədir ki, standrat nəsə qayda qoymaq olmaz hər kəsə. Amma bəzi detallar rəsmi şəkildə standartlaşıdırıla bilər və məktəblərə tövsiyə edilə bilər. Ümumilikdə məktəblərin maraqlı yanaşmalarını toparlayıb hazır bir tövsiyə ola bilər. Mən direktor dostlarımızın, məktəblərin paylaşımlarını gördükcə, hamısının pozitiv notlarla keçirildiyinin şahidi oldum və xoşuma gəldi".

AzNews.az