Ukrayna "Patriot" sistemi üçün raket paketi alıb - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəyə yaxın vaxtlarda yeni Patriot raket paketi çatdırılıb və bu sistemlər Rusiyanın ballistik raket hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb.

Kiyevdə, o cümlədən Kiyev-Peçersk Lavrası ərazisindəki dağıntılara baxış keçirən Zelenski deyib ki, hava hücumundan müdafiə qüvvələrinin ballistik raketləri vurmaq üçün kifayət qədər vasitələri olub. Bununla belə, kütləvi pilotsuz uçuş aparatlarının hamısını məhv etmək mümkün olmayıb.

Rusiya ordusunun 15 iyun gecəsi Kiyevə 60 raketlə hücum etdiyi bildirilir. Son məlumatlara görə, hücum nəticəsində 4 nəfər həlak olub, 28 nəfər yaralanıb. Hücum zamanı Kiyev-Peçersk Lavrasının XI əsrə aid Uspenski kilsəsinin damında da yanğın baş verib.

Xarkovda isə Rusiya qüvvələrinin təkrar zərbəsi nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

Mövsüm,

AzNews.az