- Dünyanın halı
- 13:31
- 1 496
İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatları ilə İran arasındakı razılaşmanın şərtlərinə heç bir formada əməl etmək məcburiyyətində deyil. Çünki İsrail Vaşinqtonun tabeliyində fəaliyyət göstərmir.
AzNews.az xəbər verir ki, nazir bununla bağlı mövqeyini "X" sosial şəbəkəsində paylaşıb.
"ABŞ Prezidenti Donald Trampın razılaşması İsraili heç nəyə məcbur etmir. İsrail müstəqil, suveren bir ölkədir və Birləşmiş Ştatlara tabe deyil. Biz prezident Trampa sonsuz minnətdarıq. Lakin bununla yanaşı, İsrail dövləti banan respublikası deyil", - deyə Ben-Qvir qeyd edib.
Nazir öz mövqeyini onunla əsaslandırıb ki, Təl-Əviv bu sənədin tərəfdaşı deyil və həmin razılaşma ölkənin təhlükəsizlik maraqlarını nəzərə almadığı üçün İsraili heç bir halda öhdəlik altına sala bilməz. "Biz Livan "Hizbullah"ının tamamilə məhv edilməsindən daha azına razı ola bilmərik. Eyni zamanda, ordumuzun ələ keçirdiyi və terrorçuların infrastrukturundan təmizlədiyi əraziləri tərk edə bilmərik", - deyə o vurğulayıb.