- Fanat
- 13:37
- 1 423
"Çelsi"nin ulduzu "Real Madrid"də
İspaniyanın "Real Madrid" komandası heyətini cinah müdafiəçisi ilə gücləndirib.
AzNews.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, klub 27 yaşlı ispaniyalı futbolçu Mark Kukurellanın transferi ilə bağlı "Çelsi" ilə razılığa gəlib.
"Kral klubu" futbolçu ilə 2032-ci ilin 30 iyununa qədər müqavilə imzalayıb.