- Dünyanın halı
- 13:05
- 1 674
ABŞ İran millisinin iki media nümayəndəsinə viza vermədi
ABŞ 2026-cı il FIFA Dünya Çempionatında ilk oyununu keçirmək üçün Meksikanın Tixuana şəhərindən Los-Ancelesə yollanan İran milli futbol komandasının iki media nümayəndəsinə viza verməyib.
AzNews.az xəbər verir ki, bu barədə İran Milli Komandasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, komandanın mətbuat xidmətində çalışan iki əməkdaş hələ də ABŞ vizası ala bilmədiyi üçün hazırda komanda ilə birlikdə səfər edə bilmir.
Sözügedən problem İran millisinin Yeni Zelandiya ilə keçirəcəyi oyun öncəsi yaranıb.