- Dünyanın halı
- 12:40
- 1 146
İsrail orada nəzarəti saxlayacaq - Katz
İsrail Livan, Suriya və Qəzza zolağında yaratdığı təhlükəsizlik zonaları üzərində nəzarəti qeyri-müəyyən müddətə saxlamaq niyyətindədir.
AzNews.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz Müdafiə Nazirliyinin mətbuat xidmətinə açıqlamasında bildirib.
“Baş nazir Benyamin Netanyahu ilə birlikdə aydın siyasət yürüdürük. Bu siyasətə əsasən, İsrail Müdafiə Qüvvələri (IDF) Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarında qeyri-müəyyən müddətə qalacaq ki, sərhədləri və İsrail yaşayış məntəqələrini orada fəaliyyət göstərən cihadçı qruplardan qorusun”, - Katz deyib.
Nazirin sözlərinə görə, bu mövqe ABŞ Prezidenti Donald Trampa, ABŞ-ın müdafiə naziri Pit Heqsetə və digər yüksək vəzifəli rəsmilərə izah edilib.