• Qərb
  • 28 İyun 2024 19:02
  •  5 082

Aİ Rusiyaya qarşı sanksiyalar siyahısına iki şəxs və dörd təşkilat əlavə edib

Avropa İttifaqı (Aİ) iki şəxs və dörd təşkilatı siyahıya əlavə edərək, Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə Aİ-nin rəsmi jurnalında dərc edilmiş sənəddə qeyd edilib.

Onların arasında Rusiyanın konteyner dəmir yolu daşımalarının operatoru, "TransContainer" şirkəti, həmçinin onun baş direktoru Mixail Kontserev də var.

Siyahıda həmçinin rusiyalı iş adamlarının aktivlərinin sanksiyalardan çıxarılması sxemində istifadə edildiyi iddia edilən üç şirkət var. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Mövsüm

Aznews.az