Vaşinqton Rusiya ilə Ukrayna üzrə danışıqlarda irəliləyiş olduğunu qeyd edir

Ukraynadakı münaqişənin həlli üçün Rusiya və ABŞ arasında danışıqlar irəliləyir və bu məsələdə razılığın əldə olunması hələ də mümkündür.

Bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals "Fox News" telekanalına müsahibəsində deyib .

"Proses irəliləyir. Bəzən o, eniş-yoxuşlarla müşayiət olunur. Amma biz görürük ki, tərəflər getdikcə razılaşmaya yaxınlaşır", - deyə Vals qeyd edib.

Müşavir vurğulayıb ki, həm Rusiya, həm də Ukrayna sülhə can atmalı və hərbi əməliyyatların dayandırılmasına nail olmalıdır.

Mövsüm

Aznews.az