- Qərb
- 2 May 21:42
- 2 055
Berlində 1 May nümayişlərində 73 nəfər saxlanılıb

Polis Berlində 1 May nümayişlərinin 73 iştirakçısını pozuntulara və iğtişaşlara görə həbs edib.
Bu barədə “Der Tagesspiegel” qəzeti şəhərin daxili işlər üzrə senatoru İris Sprangerə istinadən məlumat yayıb.
Berlində keçirilən 62-ci 1 May tədbirlərində ümumilikdə 61 min nəfərin iştirak etdiyi bildirilir. Şəhərdəki mitinqləri izləmək üçün 5,8 min polis əməkdaşı xidmət edirdi ki, onlardan 2,2 mini AFR-nin digər ştatlarından, habelə federal polisdən gətirilib.
Spranger qeyd edib ki, paytaxtda 1 May mitinqləri tez-tez butulka və fişənglərin atılması, habelə konstitusiya əleyhinə təbliğatla müşayiət olunurdu. Polis birliyinin məlumatına görə, nümayişlər zamanı azı 12 asayiş keşikçisi yaralanıb.
Mövsüm
Aznews.az