• Qərb
  • 6 May 18:23
  •  1 378

Bundestaq Merzi ikinci dəfə Almaniyanın kansleri seçib

Bu gün keçirilən səsvermənin ikinci turunda Bundestaq Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqının (CDU/CSU) alyansının lideri Fridrix Mersi Almaniyanın kansleri seçib.

Bu barədə "Tagesschau" qəzeti məlumat yayıb.

"Fridrix Merz ikinci cəhdində federal kansler seçildi. XDİ lideri 325 səs toplayıb, səs çoxluğunu təmin etmək üçün 316 səs lazım idi. "O, birinci turda uğursuzluğa düçar olmuşdu", - məqalədə qeyd edilir.

Qeyd olunur ki, səsvermənin ilk turunda Merz lazımi sayda səs toplaya bilməyib.

Mövsüm

Aznews.az