- Qərb
- 13:51
- 1 666
İtaliya İranın raket tutumuna malik nüvə silahına sahib ola bilməyəcəyini bildirib
İranın Avropaya çata biləcək raket imkanları ilə yanaşı nüvə silahına da sahib olmasına icazə verilə bilməz.
İtaliyanın Baş naziri Giorgia Meloni bu barədə bildirib.
Meloni İtaliya Senatında çıxışında bildirib ki, "Ayətullah rejiminin tezliklə İtaliya və Avropaya birbaşa zərbə endirə biləcək raket qabiliyyəti ilə birlikdə nüvə silahına sahib olmasına icazə verə bilmərik".
O, belə bir hadisənin nüvə silahlanma yarışına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Mövsüm,
AzNews.az