“XAQANİ MƏMMƏDOV ANCAQ “KRESLO” HAQQINDA FİKİRLƏŞİR. ÖZ CİBİNİ GÜDÜR, İSTƏYİR AYLIQ “PAKET”İNİ ALSIN”. “XAQANİ MƏMMƏDOV ANCAQ “KRESLO” HAQQINDA FİKİRLƏŞİR. ÖZ CİBİNİ GÜDÜR, İSTƏYİR AYLIQ “PAKET”İNİ ALSIN”.

“Rüşvətxor, şəxsiyyətsizdir” - Keçmiş hakimdən Xaqani Məmmədova ağır ittihamlar

“XAQANİ MƏMMƏDOV ANCAQ “KRESLO” HAQQINDA FİKİRLƏŞİR. ÖZ CİBİNİ GÜDÜR, İSTƏYİR AYLIQ “PAKET”İNİ ALSIN”.


Uzun müddətdir idman aləmindən uzaq olan, bir zamanlar FİFA dərəcəli, tanınmış, təcrübəli hakim Anar Salmanov AzNews.az-a müsahibə verib.

Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 136 dəfə baş hakim olmuş A.Salmanov AFFA-nın Hakimlər Komitəsi (HK) ilə bağlı ciddi ittihamlar səsləndirib.

- Anar bəy, hakimlikdən tamamilə uzaqlaşmısınız?

- Bəli, amma məşqlərimi davam etdirirəm. Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışıram.

- Niyə yarışlarda hakim kimi təyin olunmursunuz?

- Hakimlər komitəsində bir şəxsiyyətsiz oturur. Bax elə buna görə...

- Belə başa düşdüm ki, Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədovla münasibətləriniz hələ də düzəlməyib...

- Düzələ də bilməz. Çünki ictimaiyyət də gördü ki, o kimdir, nə işlə məşğuldur. Bunu bütün Azərbaycan xalqı gördü. O, orada varsa, Anar Salmanov heç vaxt həmin yerdə ola bilməz.

- Bəs bu il FİFA hakimliyinə verilən siyahıda sizin adınız niyə yox idi?

- Tək bu il deyil, artıq 2014-cü ildən belədir. Mən artıq hakimlik etmirəm. O vaxt Xaqani Məmmədov mənə qarşı şəxsi qərəzlik nümayiş etdirdi və məni siyahıdan çıxardı.
Amma halbuki, özü vaxtı ilə rüşvətxor olub.

- Xaqani Məmmədovun sizə qarşı belə münasibətinin səbəbi nədir?

- Paxıllıq... Əgər Azərbaycan futbolunun Hakimlər Komitəsinin sədri rüşvətxordursa, o hakimlərə nə öyrədə bilər? Mən bir səhvə görə cəzalandım. "Qarabağ" - "Neftçi" oyununa görə... Halbuki, o səhvlərdən hər cürünü edirlər. Sadəcə Xaqani Məmmədov neçə illərdir ki, düşüb Anar Salmanovun arxasınca...

İstəyir ki, Anar Salmanov qabağa getməsin, inkişaf etməsin. Məqsəd sadəcə bu idi. İnanıram ki, Allah onun cəzasını verəcək.

- Hakimliyə nə vaxtsa qayıtmağı düşünürsünüz?

- O vaxt qayıdacağam ki, o rüşvətxor Xaqani Məmmədov orada oturmayacaq. Başa cür mümkün deyil.

Yenə deyirəm, hakim səhv edə bilər, səhvsiz hakim yoxdur. Əsas odur ki, qərəzli olmasın. Dünya çempionatında da, Avropa çempionatında da səhv edirlər.

Xaqani Məmmədovun 2001-ci ildə verdiyi penala görə, Azərbaycan Premiyer liqası 2 il dayanmışdı. Bundan əlavə 2004-2005-ci illərdə qatarda olan haqq-hesablar, rüşvət məsələləri... Bu, həmin Xaqani Məmmədovdur.

Bütün Azərbaycan xalqı 2001-ci ildə Avroliqada idarə etdiyi oyunların video görüntüsündə də gördü ki, o, oyun gedə-gedə "Gürcü 15 dənə təklif edir" deyir.
Sizcə, o, bu şeylərdən sonra Hakimlər Komitəsinin sədri kimi işləməyə layiqdir? Təbii ki, yox. O, Azərbaycan hakimliyinə çox badalaq vurub.

- Anar bəy, sizcə nəyə görə onun bu hərəkətlərinə göz yumurlar? Səbəb nədir?

- Yaxşı olar ki, onu rəhbərlikdən soruşasınız. Onu kim qoruyur, arxasında kim dayanır, necə dayanır, mənim elə işlərdən xəbərim yoxdur. Mən bir şeyi bilirəm ki, layiq olmayan adam bu gün Hakimlər Komitəsində oturub.

Təbii ki, bu yaxınlarda hakimimiz Əliyar Ağayevin Avropa Liqasına təyinat alması, bütün Azərbaycanı tanıtması bizim üçün sevindirici haldır.

Bu, Azərbaycanın adıdır, Tofiq Bəhramov məktəbinin adıdır. Xaqani Məmmədov burada sinəsinə döyə bilməz ki, Əliyar Ağayev mənim sayəmdə gedib çıxıb. Onu heç sayan yoxdur, tanıyan yoxdur. Sağ olsun AFFA-nın baş katibi Elxan Məmmədov, PFL rəhbərliyi. Hakimimizə dəstək oldular, gətirib çıxardılar bu səviyyəyə.
Hakimlərə dəstək olmaq lazımdır.

- Xaqani Məmmədov hakimlərimizə niyə dəstək olmur?

- Xaqani Məmmədov ancaq "kreslo" haqqında fikirləşir. Ancaq "kreslo"da oturub öz cibini güdür, istəyir aylıq "paketini" alsın. Ona Anar Salmanov və ya başqa hakimlər lazım deyil.

Mənim vəziyyətimə saldıqları çoxdur - Babək Quliyev, İmanxan Sultani, Elnur Muradov və s.

Bir deyil, iki deyil. Söhbət tək Anar Salmanovdan getmir. Hakimlik məktəbinin, Azərbaycan futbolunun inkişafından gedir.

Gəlin insanın keçmişinə baxaq... Keçmişində olanlara görə, o, daha çox Azərbaycan hakimliyinə zərər gətirib.

Sizcə "heç-heçəyə 15 dənə verirlər" sözünün nə mənası ola bilər? Top verə bilərlər? Yoxsa "mayka", ya butsi verə bilərlər?!

Hamı hər şeyi bilirlər. Sadəcə Xaqani Məmmədova göz yumdular. Anar Salmanov isə etdiyi sadəcə bir səhvə görə liqadan uzaqlaşdırıldı. Görünür ki, kiminsə quyruğunu tapdalamışam.

- Kimin?

- Hakimlər Komitəsinin sədrinin...

İndi əlində "kozır"ı var ki, Əliyar Ağayev onun hakimliyi dövründə təyinat alıb. Əliyar Ağayevin ora düşməyi birinci növbədə hakimimizin öz əziyyətidir. Onun yaxşı idarə etdiyi oyunlar, aldığı qiymətlər, qazandığı hörmət və nüfuzun sayəsindədir. Sonra isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin və baş katib Elxan Məmmədovun yeritdiyi siyasətdir. PFL-in prezidentinin işdir. Onu da deyim ki, rəhbərlik tərəfindən çox güclü dəstək var, olmalıdır da. Bunu alıqışlayıram. Rəhbərliyin bizim hakimlər üçün yaratdığı şəraitləri dana bilmərəm. Mən özüm də o məşq toplantılarını keçmişəm.
Amma Xaqani Məmmədov sırf şəxsi qərəzliyi və paxıllığı hesabına Anar Salmanova belə etdi.

- Bəs siz hakimlikdən gedəndə rəhbər şəxslərdən kimsə "getmə" demədi?

- Bu gün PFL rəhbərliyi ilə, AFFA-nın baş katibi Elxan Məmmədovla münasibətimiz var. İnanmıram ki, sabah hakimliyə qayıtmaq istəsəm, onlar mənə "gəlmə" desinlər.
Hətta rəhbərlik tərəfindən də deyilsə ki, "Anar Salmanov, gəl, hakimliyə qayıt", qayıtmaram. O şəxsiyyətsiz Xaqani Məmmədov oradadırsa Anar Salmanov hakimlik edə bilməz. O, öz mənafeyini güdən adamdır, ona biz lazım deyilik. O Azərbaycan hakimliyini sıfır səviyyəsindən də aşağı endirib.

- Xaqani Məmmədovla sonuncu görüşünüzün dava ilə bitməsi doğrudur?

- Mən onun səviyyəsinə düşə bilmərəm. Onun səviyyəsini bütün Azərbaycan futbol ictimaiyyəti, xalqı gördü və bilir. Hətta UEFA-da da bilirlər. Ona əl qaldırsaydım, mən də onun səviyyəsinə düşəcəkdim. Sadəcə bir şeyi anladım ki, Babək Quliyev, İmanxan Sultanidən sonra 3-cü hədəf Anar Salmanov oldu.

Mən 19 yaşlılar Avropa çempionatından qayıtdıqdan sonra gördüm ki, bu mənim adımı FİFA siyahısına yazmayıb. Siyahını sentyabr ayından göndərib, mənə isə deməyib. Bu adam mənə demədən, arxamca bu hərəkəti edir. Özünə isə bəraət qazandırıb deyir ki, "sənin adını 4-cü yollamışıq". Görün bu insan nə qədər yalançı və şərəfsizdir.

Bunlar hamısı pillə-pillə olub. FİFA hakimi olarkən "Neftçi"- "Qarabağ" oyununda etdiyim səhvə görə HK-nın sədri bir il yarım mənə Premiyer Liqa oyununu vermədi.
Bunun da səbəbi o idi ki, sabah məni FİFA siyahısından çıxaranda, əlində mənə qarşı bir dəlil olsun ki.

Amma faktiki olaraq Anar Salmanov 2-ci kateqoriyada idi. Bundan əlavə dünya çempionatını da idarə edib, İspaniya milli komandasının yoldaşlıq görüşünü idarə edib. Xaqani Məmmədov hamısını paxıllıqdan etdi. Bunları qəbul etmədi.

Soruşuram ki, niyə 4-cü yollamısan. Başladı ki, "sən ingilis dilini bilmirsən.

Sual verirəm... İngilis dili bilməyən hakimin ikinci kateqoriyada nə işi var? UEFA-da mənim "day-day"ım var? Yoxa mənim beynəlxalq qurumda Xaqani Məmmədovum var?
Ümumiyyətlə onun azərbaycanlı olub-olmamasıyla bağlı mənim şübələrim var. Çünki o, çox Azərbaycan kişisinin ailəsini çörəksiz qoyub. Tək məni yox, neçə azərbaycanlını çörəksiz qoyub.

Vaxt gələcək Allah onun bəlasını verəcək.

Hakimlik bu gün var, sabah yoxdur. 45 yaşdan sonra hakimlik bitir. Amma insan gərək şəxsiyyətini qorusun. Çünki ictimaiyyət arasına çıxanda ona insan kimi, kişi kimi baxsınlar.

Belə deyək, pulu tök başından, şilləni də vur qulağının dibinə... Bax o, belə insanlardandır.

Onu da qeyd edim ki, hamı tanıyır, bilir Anar Salmanov kimdir, Xaqani Məmmədov kimdir... Bunun geci-tezi var.

Biz ömür boyu Azərbaycan futboluna xidmət etmişik. Mən futboldan gəlmişəm, peşəkar futbol oynamışam. Oradan da hakimliyə gəlmişəm. Bura qədər öz gücümlə gəlmişəm, "day-day"ım hesabına yox.. Arxamda heç kim olmayıb. Özüm çıxmışam meydana, hakimlik etmişəm.

Amma 45 faizi "day-day"ın hesabına gəlib hakimlik edənlərdir.

Aygün İLQARQIZI

image description image description image description