Britaniya HDQ Yəmən sahillərində gəmiyə hücum barədə məlumat verib

Britaniya Hərbi Dəniz Qüvvələrinin Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmənin Ədən limanı sahillərində gəmiyə hücum edildiyi barədə məlumat yayıb.

Agentlik X sosial şəbəkəsində (keçmiş Twitter) qeyd edib ki, hadisə limandan 361,1 km aralıda baş verib. Səlahiyyətlilər hadisəni "hücum" kimi təsnif edir və araşdırma aparır.

UKMTO gəmilərə ərazidən ehtiyatla keçməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Mövsüm

Aznews.az