Müsavat partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) 28 oktyabr iclasında başqanlığa namizəd Qubad İbadoğlunun başqan seçkilərilə bağlı şikayətinə baxılıb. Müsavat partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) 28 oktyabr iclasında başqanlığa namizəd Qubad İbadoğlunun başqan seçkilərilə bağlı şikayətinə baxılıb.

Qubad İbadoğlunun şikayətinə baxıldı - Açıqlama

Müsavat partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) 28 oktyabr iclasında başqanlığa namizəd Qubad İbadoğlunun başqan seçkilərilə bağlı şikayətinə baxılıb.


AzNews.az-a açıqlama verən Qubad İbadoğlu MNTK-da aparılan müzakirədən xəbərsiz olduğunu deyib.

"Müzakirələrin nəticəsi haqda mənə məlumat verilməyib. Həmin iclasda mənim deyil, nümayəndələrimin iştirakı nəzərdə tutulurdu. Onları da 28 oktyabr iclasına çağırmayıblar. 30 oktyabrda isə yenidən iclas nəzərdə tutulub və nümayəndələrimi ora dəvət ediblər", - deyə Qubad İbadoğlu əlavə edib.

Qeyd edək ki, MNTK-nın oktyabr ayının 28-də keçirilən iclasına şikayətçi Q.İbadoğlu dəvət edilməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az