Çində dünyanın ən böyük klonlaşdırma fabriki açılır Çində dünyanın ən böyük klonlaşdırma fabriki açılır

3 milyon inək klonlaşdırılır – Əti satışa çıxarılacaq

Çində dünyanın ən böyük klonlaşdırma fabriki açılır


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Çində heyvan klonlaşdırma üzrə dünyanın ən böyük fabriki açılır.



Laboratoriyada gələn il üçün milyon baş inəyin klonlaşdırılması gözlənilir. Bu inəklərin ətləri satışa buraxılacaq.

31 milyon dollara başa gələn bu layihə çərçivəsində inəklə yanaşı qoyun, at, hətta itlərin də klonları yaradılacaq.





"Biz ağıllı, sözə qulaq asan, güclü və həssas it tapmalıyıq. Beləsi yüzdə bir olur. Biz özümüzə lazım olanı tapmaq üçün böyük it kütləsini yoxlamalı olacağıq", - deyə BoyaLife laboratoriyasının direktoru Syuy Syaoçun bildirib.

Çində biomühəndisliyə maraq son onillikdə - əhalinin sayı milyardı keçdikdən sonra güclənib. Buna səbəb ölkədə istehsal olunan ətin bu qədər əhaliyə çatmamasıdır. Ətin qiyməti 2000-ci ildən yüksəlib. Son 15 il ərzində Çində it, pişik, qoyun, inək və donuz klonlaşdırılıb. Ötən il BoyaLife –ın Cənubi Koreya tərəfdaşı Sooam Biotech 3 əfsanəvi tibet mastiffi klonlaşdırmağı bacarıb. Şirkət itlərin klonlaşdırılması sahəsində ixtisaslaşıb. Hər küçük üçün qiymət 100 000 dollardır.



Fabrik klonlaşdırmaya hazırlaşdığı bir vaxtda Avropa KİV-lərini bir məsələ narahat edir: klonlaşdırılmış heyvanların əti Avropa İtifaqının bazarlarına daxil ola bilərmi?

2015-ci ilin sentyabrında Avropa Parlamenti istənilən klonlaşdırılmış heyvana, ondan və onun balalarından hazırlanmış məhsullara daimi qadağa qoyub. Mütəxəssislər belə qərara gəliblər ki, klonlaşdırılma texnologiyası təkmil deyil, onun nəticələri sona qədər tədqiq edilməyib, bu vasitə ilə doğulan bir çox heyvanlar əzab çəkir və tez ölürlər.
Buna baxmayaraq, Yeyinti Məhsullarının Təhlükəsizliyi üzrə Avropa Agentliyi təkid edir ki, klonlaşdırılmış heyvanlar insan sağlamlığı üçün heç bir təhlükə yarada bilməz.

Aydan AXUNDOVA
AzNews.az