Braziliyada daşqın nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında leysan yağışların səbəb olduğu sel fəlakətinin sayı getdikcə pisləşir.

Edilən açıqlamada daşqın nəticəsində daha 6 nəfərin həyatını itirdiyi, ümumi can itkisinin isə 113-ə yüksəldiyi bildirilib. İtkin düşənlərin sayının 146-ya çatdığı qeyd edilib.

Səlahiyyətlilər su basmış ərazilərdən xilas edilənləri evlərinə qayıtmamağa çağırıb.

Milli Meteorologiya İnstitutu (INMET) xəbərdarlıq edib ki, bazar gününə qədər ştatın mərkəzi və şərq hissələrində güclü yağış yağacaq.

Mövsüm

Aznews.az