- Rusiya və İran
- 20 May 20:27
- 3 990
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçirilə bilər
![](https://www.aznews.az/storage/2024/05/20/664b75b9df071664b75b9df0721716221369664b75b9df06e664b75b9df070.png)
İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilə bilər.
Aznews.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami məlumat yayıb.
“İyunun 28-i İranda prezident seçkiləri günü hesab oluna bilər”, - Eslami vurğulayıb.
İranda İbrahim Rəisinin vəfatı ilə bağlı prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq.