Cənubi Koreyanın keçmiş prezidenti ömürlük həbs edilib

Cənubi Koreya məhkəməsi ölkənin sabiq prezidenti Yoon Suk-yeol barəsində ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Bu barədə “Yonhap News Agency” agentliyi məlumat yayıb.

Bildirilib ki, sabiq dövlət başçısı 2024-cü ildə baş vermiş qiyama rəhbərlik etməkdə təqsirli bilinib.

Məhkəmə qərarında qeyd olunub: “Yoon Suk-yeol barəsində qiyama rəhbərlik ittihamı əsaslı hesab edilib.”

Qərar fevralın 19-da elan olunub.

Mövsüm,

AzNews.az