- EKONEWS
- 16:01
- 1 050
Havanın temperaturu enəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir.
Aznews.az xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 29-da bəzi yerlərdə yağıntının güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.