"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.