Avropa Rusiyaya qarşı sanksiyalara nəzarəti gücləndirəcək

Vilnüsdə Aİ ölkələri Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarətin gücləndirilməsi haqqında saziş imzalayıb.

Bu barədə Finlandiya Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Finlandiya, Estoniya, Litva, Latviya və Polşa bu gün Vilnüsdə birgə saziş imzalayıblar. Onun məqsədi Aİ-nin Rusiyaya qarşı sanksiyalarının monitorinqini gücləndirmək və unifikasiya etməkdir”,- mətndə deyilir.

Saziş malların istehsalçıları və ixracatçıları üzərinə qoyulan öhdəliklərlə bağlı birgə hərəkətləri, habelə sanksiyalardan yayınmaya qarşı mübarizəyə yönəlmiş digər tədbirlərin siyahısını nəzərdə tutur. Məsələn, ixracatçılar xaricə mal ixrac edərkən əlavə sənədlər təqdim etməlidirlər.

Mövsüm

Aznews.az