Əsrlərlə ilin fəsillərini müxtəlif ölçü-biçidə izah etməyı çalışmışıq, onlarla bağlı adət-ənənələrin geniş çeşidini yaratmışıq və nəsildən-nəslə ötürmüşük. Əsrlərlə ilin fəsillərini müxtəlif ölçü-biçidə izah etməyı çalışmışıq, onlarla bağlı adət-ənənələrin geniş çeşidini yaratmışıq və nəsildən-nəslə ötürmüşük.

Qızıl payız lövhələri və Qarabağ... - Esse

Əsrlərlə ilin fəsillərini müxtəlif ölçü-biçidə izah etməyı çalışmışıq, onlarla bağlı adət-ənənələrin geniş çeşidini yaratmışıq və nəsildən-nəslə ötürmüşük.

Fəsillərə olan münasibət istər ailədə, istər cəmiyyətdə, istərsə də kiçik bir toplumda, məsələn, elə Qarabağda xüsusi mahiyyət kəsb etmişdir; onun müxtəlif dövrlərinin insan həyatı ilə bağlı olması, insanlarda bəzən kədər, bəzən isə sevinc dolu hislərlə xatırlanması, sanki onlara bir bəşərilik mahiyyəti aşılamışdır. Fəsillərin içərisində payıza münasibət həmişə oz rəngarəngiliyi ilə seçilmiş, yazarların qələmlərində xeyli vəsf olunmuşdur.

Payız lacivərd yağışların başlamasını gözləyir ki, gəlsin... gəlsin ki, yarpaqlar da öz rənglərini dəyişərək tökülsün, payız xəzanı yaratsın. Belə başlayır qızıl payız. Oyuq zəfəran səmasına qarşı dayanan tünd təpələr, onun tünd qırmızı bayraqcıqları ilə ortülür və insanların ürəklərini ehtizaza gətirən bir təbiət yaranır - qızıl payızda. Biz bu fəsli “qızıl” adlandırırıq. Payız etüdləri cövlan edir xəyallarda: qürubun günbəzi uzun müddət vadilər yalanını sakitləşdirir, yalnız küləklərin əsdiyi alaqaralanlığı yırğalayaraq yarpaqsız ağacların arfaları arasında özünə xəfif iz açır payız. Fantastik röyalar və qəmgin melodiyalar doğursa da, payızın soyuq və bənövşəyi hava düzümünə, cənub-qərb parıltılarında böyük qızıl ulduzun bərq vurmasına yenə də məftundur insanlıq.

Bu füsunkarlığı Azərbaycan bayrağının dalğalaranda daha fəxarətlə hiss edirik; külək və dalğalanan möhtəşəm Azərbaycan bayrağı sanki bizi təbiətin yaratdığı şıltaqlıqlara qarşı daha da mətin olmağa hazırlayır. Yellənən budaqları və sehrli səsləri yanımıza çağırmaq, öz səsimizə qarışdırmaq istəyirik... Qarabağın payızını xatırlayırıq. Hələ də kölgələrdə dolaşarıq, sanki sonradan güc toplayaraq heyranlıqla Qarabağ çöllərini qucacağıq deyə. Payız küləyinin melodiyaları Qarabağ melodiyalarına qarışıb sanki... bircə diqqət kəsilmək gərəkdir. Gecələrin ələkeçməz gözəlliyinı içmək və ürəyimiz doyana kimi bu füsunkarlıqla “dolub-boşalmaq” istəyirik. Budur - qızıl payızın yaratdığı möcüzə və ehtizazlar, Qarabağ payızının “musqi silsiləsi”. Külək, yağış, dolu, qar, göy gurultusu, şimşək... onların hər birində Qarabağ hiss olunur... bəlkə onu elə Allah oradan bizlər üçün göndərib?! Göndərib ki, Qarabağın payızını xatırlayaq, payız lövhələri bir-birini əvəz edərək həyacanlarla dolu bir həyat yaşatsın bizlərə...

Mövsümlər, bitkilərdə mürgünün və heyvanlarda fəaliyyətsizliyin dövrələrinə tez-tez səbəb olan günəş işığı miqdarında, dəyişikliklər gətirir bu fəsildə. Belə də payız olar heç?! Təkcə payız var, Qarabağ payızı isə hələ yanımızda deyil... onu doyunca yaşaya bilmirik... bəs bu adəti niyə yaşatmırıq?!

Müdriklik elmindən bilirik bunu - Qarabağımızın “QIZIL PAYIZI”na qovuşacağımız gün indi çox da uzaqda deyil; çünki hər keçən Aprel günləri bizı bu payıza daha da yaxınlaşdırır.

İnşallah, şəhidlərimizin ruhu naminə Qarabağın payızını qucmaq arzularıyla!

Eldar Şahgəldiyev,
fəlsəfə doktoru, ​Xəzər Universitetinin dosenti