03:33
(077) 610-22-33

CAR-da qarşıdurma:13 nəfər yaralanıb

  • >
338 18 Fevral 2013 21:56 | Dünya

Cənubi Afrika Respublikasında Anglo American Platiniuma məxsus şaxtada baş vermiş qarşıdurmada ən azı 13 nəfər yaralanıb



Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, yaralananlardan 9-u rezin güllələrlə açılmış atəş nəticəsində xəsarət alıb.
Məlumatda bildirilir ki, polis milli dağ sənayesi işçilərinin birliyi ilə bir müddət öncə yaradılmış dağçılar və inşaatçılar assosiasiyası arasındakı mübahisəni aradan qaldırmaq niyyətində olub.
Bu, 2013-cü ildə baş vermiş ilk ciddi qarşıdurmadır.
Xatırladaq ki, dünyanın platin istehsalının 40 faizinə nəzarət edən Anglo American Platinium şirkəti 2013-cü ildə qiymətli daşın əldə olunmasını 400 min unsiyaya qədər (12.4 ton) azaldacaq. Bu il şirkət CAR-da 4 platin yatağını bağlamağı və 14 min işçini ixtisara salmağı da planlaşdırır.

AzNews.az
Bağla X