19:54
(077) 610-22-33

Qadının evində sənədsiz silah tapıldı

  • >
182 22 Yanvar 2014 10:40 | Hadisə

Bakıda evdən sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Aslanov küçəsində yaşayan Məhsəti Həsənovanın evində axtarış aparılıb. Axtarış zamanı evdən sənədsiz 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az
Bağla X