06:47
(077) 610-22-33

AXCP Xaliq Bahadırın ittihamlarına cavab verdi

  • >
282 13 May 2013 11:10 | Siyasət

"Xaliq Bahadır cəmiyyətdə öz müstəqil mövqeyi ilə seçilən adamlardan biridir. Ancaq biz partiya olaraq onun fikirləri ilə razı deyilik".

Bu sözləri AZNEWS.AZ-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyib.

Qeyd edək ki, X.Bahadır ötən həftə "Reytinq" qəzetinə verdiyi müsahibəsində Milli Şuranın yaranacağı halda da digər birliklər kimi uğursuz olacağını deyib. Bunun səbəbi kimi isə oradakı adamların müxalifətin bu günə qədər yaranan birliklərində təmsil olunan adamlar olmasını göstərib. X.Bahadır həmçinin onu da iddia edib ki, Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb: "Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz "işlərini" görəcək".

X.Bahadır keçmiş sədri Əli Kərimliyə də sərt ittihamlar yönəldib: "Əli Kərimli də o dəstəyə qoşulub. Əli Kərimli 2010-cu ilin yayında tələyə düşüb. Daha doğrusu, İsa Qəmbər qruplaşması Əli Kərimlini tələyə salıb".

N.Adilov bildirib ki, AXCP Milli Şuranın yaranmasını Azərbaycan müxalifətinin indiki halda ən uğurlu birlik formatı kimi görür və bu istiqamətdə fəaliyyət göstərir.

AXCP mətbuat xidmətinin rəhbəri deyib ki, AXCP uzun müddətdir Müsavatla birgə hədəflər uğrunda fəaliyyət göstərir və seçki ilində də eyni istiqamətdə fəaliyyət davam edir:

"AXCP 2010-cu il parlament seçkilərində Müsavatla birgə böyük seçki bloku yaratdı. Elə Xalid Bahadırın özü də həmin seçki blokunun namizədi kimi parlament seçkilərində iştirak etdi. Daha sonra partiyamızın Müsavatla bu müttəfiqliyi İctimai Palatanın təsis edilməsində də davam etdi. O İP ki, Xaliq Bahadırın özü də onun təsisçilərindən və uzun müddət üzvü olan şəxslərdən biri idi".

Anar
AzNews.az

Bağla X