Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan dünyanın ən böyük 20 ölkəsinin 5-9 sentyabr tarixində baş tutacaq zirvə toplantısında iştirak edəcək.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, zİrvə toplantısı Sankt-Peterburq şəhərində baş tutacaq. Dövlətlərarası məsələlərin və iqtisadi mövzuların müzakirə olunacağı görüş böyük önəm daşıyır. Görüşdə R.T. Ərdoğandan başqa ABŞ prezidenti Barak Obama və Vladimir Putinin bir araya gələcəyi gözlənilir. Zirvə çərçivəsində danışılacaq əsas mövzulardan biri Suriya məsələsi olacaq.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 6-da Sankt-Peterburqdan Argentinanın paytaxtı Buenos –Ayresə gedəcək. Ərdoğan Buenos-Ayresdə 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacağı konfransda iştirak edəcək. Beynəlxalq Olimpiya Komitəsi sentyabrın 7-də həmin şəhərin adını açıqlayacaq. Sentyabrın 8-də isə Ərdoğan Türkiyəyə qayıdacaq.

AzNews.az